dostunu-nara-getir-in-1.jpg
dostunu-nara-getir-in-1.jpg

Dostunu Nar-a gətir

Dostunu Nar-a gətir, 5 ay pulsuz danış!
“Dostunu Nar-a gətir” kampaniyasından faydalanmaq üçün sadəcə dost və yaxınlarına Nar ailəsinə qoşulmağı tövsiyə et və 5 ay ərzində onlar hər dəfə balanslarını artırdıqda, eyni məbləğ sənin də balansına yüklənəcək.
  • Qoşulma
    • Kampaniyada iştirak etmək üçün dəvət olunmuş dostun sənin nömrəni SMS vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir*.
    • Sizin nömrələr iki iş günü ərzində kampaniyaya qoşulacaq (müvafiq bildiriş SMS-nin gəlməsini gözləyin).
    • 5 ay müddətində dostunun balansına daxil olan bütün artırmalar sənin balansına da eyni məbləği gətirəcək.
    • Üstəlik, dostun kampaniyaya qoşulduqdan və hesabını ilk dəfə artırdıqdan sonra balansına eyni məbləğdə bonus əldə edəcək.
    • Bu bonus 150 gün müddətində Nar-dan Nar-a zəng və SMS üçün istifadə edilə bilər.

    *Ləngiməyin, nömrə alınan gündən etibarən sizə 5 gün vaxt verilir. 

  • Qeydlər
    • Kampaniyada 90 gündən az olmayaraq şəbəkədə aktiv olan cari Nar abunəçiləri iştirak edə bilər.
    • *777#1234#YES kodunu yığmaqla kampaniyada iştirak etməyin mümkünlüyünü yoxlamaq olar.
    • Dəvət etdiyin dost hər dəfə öz balansını artırdıqda, eyni məbləğ sənin də nömrənin balansına yüklənəcək.
    • Əldə olunan məbləği Nar-dan Nar-a danışıqlar və SMS üçün istifadə etmək olar. Həmin məbləğ mobil köçürmələr, internet paketlərinin sifarişi, qısa nömrələrə zəng və ya kontent provayderlərin ödənişli xidmətləri üçün istifadə edilə bilməz.
    • Bonus qalıqlarını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq və ya I yazıb 777 nömrəsinə göndərmək kifayətdir.
    • Nar ailəsinə gətirdiyin dostlarından maksimum 5 yeni abunəçi sənin nömrəni 7774 qısa nömrəsinə göndərə bilər.
    • 20.07.2018 tarixindən etibarən kampaniyaya yeni abunəçilərin qoşulması dayandırılacaq. Cari istifadəçilər bonuslarının istifadə müddəti bitənədək, kampaniyadan yararlana bilərlər.