• Korporativ xidmətlər barədə ətraflı məlumat almaq və sualları yönəltmək üçün sizinlə necə əlaqə saxlamaq olar?

    Xidmətlərimiz barədə daha geniş məlumat əldə etmək və suallarınıza cavab tapmaq üçün 789 nömrəsinə zəng edə və ya CorporateSalesTeamGroup@azerfon.az elektron poçtu vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

  • Nar-ın biznes təklifləri hansı üstünlükləri qazandırır?

    Biz müəssisələri yüksək keyfiyyətli, etibarlı və münasib qiymətli rabitə xidmətləri ilə təmin edirik və onlara diqqətlərini əsas fəaliyyətləri üzərində cəmləmək imkanı veririk. Fərqləri müqayisə etmək üçün mürəkkəb hesablamalara ehtiyacınız olmayacaq. Komandamız tələblərinizi təhlil etməyə və xüsusi şərtlərinizə və qiymətlərlə bağlı gözləntilərinizə cavab verməyə hər zaman hazırdır.

    Sizin fəaliyyət sahəniz üçün bizim düzgün seçim olmağımızı göstərən bəzi əsas üstünlüklər:

    • Azərbaycanda 80% əhatə dairəsi;
    • Aşağı tarifli zəng və mesaj xidmətləri;
    • Təkmilləşdirilmiş 3G və 4G texnologiyası;
    • Müəssisənin müştəri tələbatları ilə bağlı göstərdiyi xidmətlər;
    • GSM rabitəsi;
    • Premium nömrələr və endirim cihazları;
    • İxtisaslaşdırılmış və tam sutka fəaliyyət göstərən “Müştəri xidmətləri”;
    • Uçuş zamanı zəng etməyə, mətn göndərməyə və internetdə axtarışlar aparmağa imkan verən xüsusi quraşdırılmış mobil xidmətlər.
  • Nar-ın biznes üçün hansı təklifləri var?

    Biznesiniz üçün olan təkliflərimizlə “Biznes tariflərimiz”, “Məhsullarımız”, “Həllərimiz” və “İnternet” bölmələrində tanış ola bilərsiniz. Üstəlik, bizdə aktiv olmayan xidmətlər sizin istək və tələblərinizə uyğun olaraq dərhal hazırlana bilər.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox