• “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan!

    “Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü davam edir. Yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır.

    Hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.

    Mart ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Rauf Hacımuradov (twitter.com/Rauf_H) və Kənan Yusifli (twitter.com/Kenan_Yusifli). 

    Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox