• “Brain Ring” bilik yarışlarının qalibi “Göyçay” komandası oldu

    “Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının on birinci mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı.

    2018-ci ildə keçirilmiş “Brain Ring” intellektual yarışlarında ilk ayın qalibi “Norm Sement” komandası oldu. Sonrakı aylarda möhtəşəm oyun nümayiş etdirən “Göyçay” komandası üç ay dalbadal qələbəyə layiq görüldü. 2014-cü ildən başlayaraq yarışlarda iştirak edən “Göyçay” komandası ənənəvi olaraq ilin ilk yarısında oynanılan “Nar” kubokunun da qalibi oldu. Bununla bağlı, kubokun qalibi olmuş komandanın şərəfinə mobil operator tərəfindən hədiyyələrdən əlavə Göyçay şəhərində xüsusi dizayn edilmiş bilbordlar da quraşdırıldı.    

    Xatırladaq ki, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox