• “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

    BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində uğurla iştirak edən “Nar” ən son yeniliklərini nümayiş etdirdi.

    Dörd gün davam etmiş sərgi müddətində “Nar” stendi ziyarətçilərin böyük marağına səbəb oldu. Burada maraqlı təqdimatlar, bir çox sınaqlar keçirildi, müsabiqələr və müxtəlif yarışmalar təşkil edildi. Maraqlı təqdimatlar və ziyarətçi axını sayəsində “Nar” stendi sərginin ən çox ziyarət edilən stendi seçildi.

                                                 

    Bakı Ekspo Mərkəzində keçirilən sərgi günlərində “Nar” stendində təşkil edilmiş müsabiqələr böyük maraq doğurdu. Sərginin keçirildiyi günlərdə “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birgə təşkil edilmiş müsabiqədə “Nar” stendinin ziyarətçiləri, hər gün bir smartfon olmaqla, ümumilikdə dörd dəyərli smartfon qazandılar. Sərgi iştirakçıları mobil operatorun ən son məhsul və layihələri ilə bilavasitə tanış olmaq fürsəti qazandılar və “Nar” şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını test etdilər.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox