• “Nar” abunəçiləri Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə internet bonuslar qazanır
    01-08-2018

    Milli dəyərləri daim diqqətində saxlayan mobil operator “Nar” 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili və günü münasibətilə abunəçilərinə 1 GB internet bonus qazanmaq imkanı yaradır.  “Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak edərək həm ana dili biliklərini sınaya, həm də qalib gələrək “Nar”dan internet bonusları qazana bilər.

    “Nar”-ın sosial şəbəkə hesablarında paylaşılan müsabiqədə iştirak etmək üçün mobil operatorun abunəçisi olmaq şərt deyil. Müsabiqə hər kəs üçün açıqdır. Lakin “Nar” abunəçiləri müsabiqənin qalibi olduğu təqdirdə ilk 20 qalibə 1 GB, sonrakı qaliblərin hər birinə isə 100 MB mobil internet hədiyyə edilir. Bonusu əldə etmək üçün müsabiqənin sonunda iştirakçı “Nar” nömrəsini qeyd etməlidir. Müsabiqədə bu keçid vasitəsilə iştirak edə bilərsiniz: bax.nar.az/dilfb. Müsabiqə avqustun 2-sində bitir.

    Qeyd edək ki, “Nar” uşaqlar üçün Azərbaycan nağılları resursu yaradıb. 60 Azərbaycan xalq nağılı səsləndirilərək “YouTube” platformasında (bax.nar.az/nagil) yerləşdirilib və CD-lərə köçürülüb. Uşaqları müdafiə günü münasibətilə yaradılmış bu resurs xüsusilə valideynlər tərəfindən minnətdarlıqla qarşılanıb.

    Azərbaycan Respublikasında latın qrafikalı əlifbaya ilk dəfə 1929-cu ildə keçilib və daha sonra 1940-cı ildə kiril qrafikası ilə əvəz olunub. Dövlət müstəqilliyinin bərpasından sonra, 1992-ci ildə yenidən latın qrafikasının tətbiqi barədə qanun qəbul edilib. Azərbaycan əlifbası və Azərbaycan dili günü 2001-ci ildə təsis edilib.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox