• “Nar” Azərbaycan dili və əlifbası müsabiqəsinin nəticələrini açıqladı
    03-08-2018

    “Nar”-ın 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirdiyi müsabiqə sosial şəbəkə istifadəçilərinin böyük rəğbətini qazandı. 31 iyul – 2 avqust tarixləri arasında keçirilmiş müsabiqədə doğma dilini səlis bilən abunəçilər 1 GB internet bonusu qazanmaq imkanı əldə etdilər. “Nar” abunəçiləri internet üzərindən keçirilən müsabiqədə iştirak etməklə ana dili biliklərini sınamaqla yanaşı, qalib gələrək mobil operatordan internet bonusları da qazandılar.

    “Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə on minədək abunəçi iştirak etdi. Onların böyük əksəriyyəti müsabiqədə uğurla iştirak edərək verilmiş sualları düzgün cavablandırmaqla mobil operatordan vəd edilmiş hədiyyələri qazanmağa müvəffəq oldu. Ümumiyyətlə, ana dili müsabiqəsi ictimaiyyətdə böyük rezonans doğuraraq hamılıqla təqdir edildi.

    Müsabiqədə iştirakçılara 20 sual təqdim olunur. 9787 internet istifadəçisindən 92-si bütün sualları doğru cavablayaraq qalib oldu. Sualların kifayət qədər çətin olmasına baxmayaraq, müsabiqədə qeydə alınan orta bal 13-dür. Ümumilikdə, iştirakçıların 82%-i sualların yarıdan çoxuna doğru cavab verib.

    1. Əsl Azərbaycan sözlərindən ibarət sözlər hansı cərgədədir?

    a) ucuz, yeddi yüz yetmiş yeddi

    b) mükəmməl, qiymət

    c) beynəlxalq, zəng

    d) limitsiz, danışıq

    e) rominq, tarif

    2. Hansı seçimdə nidalar düzgün yazılmayıb?

    a) Ay haray, Bəhruz Full paketinə qoşulmayıb, dəqiqələri meqabayta dəyişə bilmir.

    b) Ha-ha-ha, sən hələ də Nar nömrə işlətmirsən?

    c) Çaşdım, ayaman, səhv kodu yığdım.

    d) Vallah-billah, Turbo paketlərində WhatsApp yazışmaları pulsuzdur

    e) Vay-vay, nömrəni Nara daşımadım.

    3. İxtisarlara əlavə edilmiş şəkilçilərdən hansı səhvdir?

    a) BMT-də

    b) BDU-ni

    c) OPEC-ə

    d) Azerfon MMC-nin

    e) AMEA-dan

    4. Hansı cərgədəki sözlər düzgün yazılıb?

    a) dəymə-düşər dizayner

    b) məhşur ekstrasens

    c) imperatriça Yekaterinanın xarici siyasəti

    d) təssübkeş camaat

    e) fərasətli həmkarımın seçdiyi internet paket

    5. Hansı mürəkkəb adın yazılışı səhvdir?

    a) Orta Mezozoy dövrü

    b) Şabran Təhsil Mərkəz

    c) Azərbaycan Respublikasının milli Məcilisinin sədri

    d) Azərbaycan Respublikasının Milli Qəhrəmanı

    e) Bakı Şəhər İcra Hakimiyyəti

    6. Dilimizdə qrammatik şəkilçilər necə şəkilçilərdir?
    a) milli

    b) həm ərəb-fars, həm də Avropa

    c) fars

    d) ərəb

    e) Avropa

    7. Hansı cümlədə orfoqrafik səhv yoxdur və düzgündür?

    a) Bibiheybət məscidinin gümbəzinin fotoşəklini çəkdim.

    b) "Whatsapp" aplikasiyası.

    c) Gənc ol, təmbəl oğlan!

    d) Nar-ın yeni “Exchange” təklifi ilə dəqiqələrinizi meqabaytlara, meqabaytlarınızı isə dəqiqələrə asanlıqla çevirə bilərsiniz

    e) "Whatsapp" aplikasiyasını quraşdırmadım

    8. Sözlərdən hansı sifətdir?

    a) cırmaq

    b) parlaq

    c) barmaq

    d) qırtlaq

    e) damaq

    9. Hansı seçimdə orfoqrafik və leksik səhvlər var?

    a) Aysel Quliyeva, lüminessent lampa qırılanda ehtiyatı əldən vermə!

    b) Tumturş narın şirəsinin şipşirin olması məni təəccübləndirdi.

    c) Fərid İskəndərov dəridən-qabıqdan çıxdı ki, Naxçıvanda Nar Home tunerinin dəyərini abonentler üçün yenə də aşağı salsınlar.

    d) İşığın interferensiyası və difraksiyası bir fizik kimi Anar Məsimova həmişə maraqlı gəlib

    e) Nar-ın "Rəqəmsal marketinq" komandasının işi çoxdur

    10. Hansı sözün yazılışı düzgündür?
    a) hegemon

    b) anbulatoriya

    c) kefiyyət

    d) proqramma

    e) apteka

    11. Hansı seçimdə orfoqrafik yazılışlar səhvdir?

    a) CavanNar ilə hər ay şəbəkədaxili 300 dəqiqə, ölkədaxili 300 SMS və 300 MB İnternet trafiki cəmi 99 qəpiyə əldə etmək olar.

    b) “Günlük 59 qəpik” ilə meqabaytları ani sifariş etmək mümkündür

    c) Full 14-dən Full 29-a keçdim ki, sərfəli rominqdən də istifadə edim.

    d) Full 9-dan Full 19-a keçid pulsuzdur.

    e) Avstraliya aborigenlərinin əsas silahı boomeranq idi.

    12. Hansı adın yazılışında səhv var?
    a) Azər Kazım-zadə

    b) İnarə Çərkəzqızı

    c) Bəxtiyar Hüseynov

    d) Anar Salamoğlu

    e) Nargilə Məmmədova

    13. Hansı seçim düzgün yazılıb?

    a) Bu şöbədə Svetlana-Kostinalar, Tural-Kərimovlar, Leyla-Salamovalar işləyib.

    b) Bu şöbədə Svetlana Kostinalar, Tural Kərimovlar, Leyla Salamovalar işləyib.

    c) Bu şöbədə Svetlana kostinalar, Tural kərimovlar, Leyla salamovalar işləyib.

    d) Bu şöbədə svetlana kostinalar, tural kərimovlar, leyla salamovalar işləyib.

    e) Bu şöbədə Svetlana-kostinalar, Tural-kərimovlar, Leyla-salamovalar işləyib.

    14. Hansı qısaltmanın ingilis dilindən tərcüməsi düzgün deyil?

    a) CMO - Baş Marketinq Müdiri

    b) VAS - Əlavə Dəyər Xidmətləri

    c) SMM - Sosial Media Marketinqi

    d) HR - İnsan Resursları

    e) CSR - Korporativ Sosial Respublika

    15. Hansı cümlədə frazeoloji birləşmə işlənməyib?
    a) Stomatoloq məsləhət gördü ki, Gülşad ağzına su alıb otursun və ağrının keçməsini gözləsin.

    b) O qız elə bil dilotu yeyib. Danışmaq üçün ona yalnız Narın tarifləri sərf edər.

    c) Mən Turbo paket işlədirəm, sərfəlidir. Başqa operator istifadəçilərinə ürəyim yanır.

    d) Dabana tüpürüb qaçmaq lazımdır bu problemlərdən. Lap 4G sürəti kimi.

    e) Yerlim tarifinin şərtləri asandır, baş sındırmağa ehtiyac yoxdur.

    16. Hansı seçim səhv yazılıb?

    a) kontr-admiral

    b) paraolimpiyaçı
    c) assistant

    d) general-leytenant

    e) vitse-prezident

    17. Avtomobilində qəzayla üzləşən adam maşınının metal bamperini təmir etdirmək üçün hansı peşə sahibinə müraciət edir?

    a) şəbəkə inzibatçısı

    b) kargüzar

    c) xarrat

    d) dülgər

    e) çilingər

    18. Aşağıdakılardan hansı mücərrəd anlayışdır?
    a) ərə getmək arzusu

    b) ikihürgüclü dəvə

    c) Nar-ın loqosu

    d) marketinq mütəxəssisi

    e) baza stansiyası

    19. Gördüyünüzün Azərbaycan dilində daha dəqiq adı nədir?

    a) sancaq

    b) bərkidici

    c) şpilka

    d) ipəzor
    e) zivə

    20. Aşağıdakı cümlələrdən hansında ölkənin adı Azərbaycan dilində düzgün verilmişdir?

    a) Ağamehdi "Klon" serialına baxandan sonra Marokkoya getmək istəyir.

    b) Jalə Mətanətə deyir ki, İsveçrənin paytaxtı Stokholm şəhəri deyil.

    c) Əntiqə Vladimirə Belgiya istehsalı olan şokolad aldı.

    d) Şaban Aljirdən gələndə Nərminə və Leyliyə suvenir gətirdi.

    e) Nə Tural, nə də Arçil Venqriya vətəndaşı olmaq istəmir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox