Bunun üçün sadəcə *100#YES şifrəsini yığmağın və ya B yazaraq 777-ə SMS göndərməyin kifayətdir. Şifrə vasitəsilə göndərilən hər sorğu üçün 0.01 AZN, SMS sorğusu üçün tarifə uyğun 1 sms dəyəri silinir. Bonuslar haqqında məlumat əldə etmək üçün isə *777#20#YES şifrəsini yığmaq və ya I yazıb 777 yə mesaj göndərmək gərəkdir.
Nar satış və xidmət mərkəzlərində, müvəkkil banklarda, POS-terminallarda, plastik kartla və ya Nar kart vasitəsilə həyata keçirilən ödənişlərin (minimal 1 AZN) istifadə müddəti ilə aşağıdakı cədvəldə tanış ola bilərsən:
Ödənişin məbləği | İstifadə müddəti |
---|---|
0.10 - 0.99 AZN | 1 gün |
1.00 - 1.99 AZN | 10 gün |
2.00 - 4.99 AZN | 25 gün |
5.00 - 9.99 AZN | 50 gün |
10 - 19.99 AZN | 90 gün |
20.00 - 49.99 AZN | 165 gün |
50 AZN-dən çox | 245 gün |
Ödənişin istifadə müddəti bitdikdən sonrakı 90 gün ərzində heç bir balans artırılması həyata keçirilmədiyi halda, Nar nömrəsinə xidmət göstərilməsi dayandırılır. Xidmətin bərpa edilməsi üçün müəyyən olunmuş 90 gün ərzində (və ya abunəçi ilə bağlanmış müqavilədə nəzərdə tutulan digər müddət ərzində) balansı artırmaq kifayətdir. Göstərilən müddətin bitməsinə qədər Nar kart aktivləşdirilmədiyi və ya növbəti ödəniş həyata keçirilmədiyi təqdirdə, Nar nömrəsi və abunəçinin müqaviləsi ləğv olunur.