contentaz.jpg
contentaz.jpg

Limitsiz

Nar abunəçiləri ilə ürəyin istəyən qədər danış!

"Limitsiz" tarifi sənə Nar abunəçiləri ilə gündəlik cəmi 33 qəpiyə limitsiz danışmaq və SMS-ləşmək imkanı verir.

  • Qiymətlər
    “Limitsiz" tarifi çərçivəsində zəng, mesaj və internet xidmətləri üçün aşağıdakı qiymətləri təklif edirik :
    Xidmət Qiymət (AZN)
    Şəbəkədaxili* zəngin dəqiqəsi 0.07
    Şəbəkəxarici zəngin dəqiqəsi 0.07
    SMS (şəbəkədaxili* və şəbəkəxarici) 0.06
    İnternet (1 MB) 0.29

    Qeyd: Bu qiymətlər qısa nömrələrə edilən zənglərə şamil olunmur.

    *Şəbəkədaxili 400 dəqiqə bitdikdən sonra

    *Şəbəkədaxili 100 SMS bitdikdən sonra

  • Qeydlər
    • “Limitsiz” tarifindən gündəlik istifadə haqqı 33 qəpikdir.
    • Bu tarif çərçivəsində Sizə gündəlik olaraq şəbəkədaxili 400 dəqiqə və 100 SMS təqdim olunacaq.
    • Balansda kifayət qədər vəsait olmadıqda gündəlik abunə haqqı borc olaraq nömrənin hesabına əlavə olunur və şəbəkədaxili dəqiqələr, SMS təqdim olunmur. Balans artırıldığı zaman həmin gün üçün nəzərdə tutulmuş abunə haqqı ilə bərabər ödənilməyən günlər üçün yaranmış qalıq borc balansdan çıxılır.
    • Əgər Siz gündəlik təqdim olunan şəbəkədaxili 400 bonus dəqiqə və 100 bonus SMS istifadə etməsəniz, bonuslar toplanılır və təqvim ayı ərzində qüvvədə qalır. Bu qalıqlar növbəti təqvim ayına keçirilmir.
    • Bütün zənglər üçün hesablama intervalı 30 saniyədir.
    • ​Tarif çərçivəsində qalıq borcu *777#52#YES kodunu yığmaqla yoxlamaq olar.
    • Təqdim olunan bonus qalığı barədə məlumat üçün telefonun ekranında *777#51#YES və ya *777#20#YES kodunu yığmaq lazımdır.
    • Bonusları Nar+ tətbiqi və ya Hesabım vasitəsilə yoxlaya bilərsən.
    • Bonus təqdim edilən tarif planından digər tarifə keçdikdə qalıq bonuslar ləğv edilir.
    • Balansını yoxlamaq üçün sadəcə *100#YES kodunu yığmağın və ya B yazaraq 777-ə SMS göndərməyin kifayətdir. Göndərilən hər sorğu üçün 0.01 AZN çıxılır.
    • İlk 30 saniyə üçün xidmət haqqı 0.04 AZN təşkil edir
    • Limitsiz tarifinə Nar+ tətbiqi və ya Hesabım vasitəsilə keçid edə bilərsən.

Qoşulma

 "Limitsiz" tarifinə qoşulmaq üçün aşağıdakı üsullardan birini seçə bilərsiniz:

  • Limitsiz yazaraq 777 nömrəsinə mesaj göndərmək;
  • Telefonun ekranında *777#111#YES kodunu yığmaq;
  • Nar+ tətbiqinə və ya Hesabım bölümünə daxil olmaq.

Cari tarif haqqında məlumat əldə etmək üçün *777#230#yes kodunu yığmaq kifayətdir

Nar-a təzə gəlib və “Limitsiz” tarifinə qoşulan yeni abunəçilərə tarif çərçivəsində 2 AZN dəyərində balans hədiyyə olunur. Bu məbləğ ölkədaxili bütün istiqamətlərə zənglər  və SMS üçün istifadə oluna bilər.

Ən çox verilən suallar