Tarifə qoşulduğun andan etibarən aşağıdakı cədvəldə göstərilən bonuslar təqdim olunur və balansından 9 AZN çıxılır.
*14.12.2018 tarixindən etibarən 3-ü 1-də aylıq tarifində olan bütün aktiv nömrələr FULL 9 paketinə keçiriləcək.
Bonus | Miqdar |
---|---|
Ölkədaxili dəqiqə | 300 |
Ölkədaxili SMS | 300 |
İnternet | 900 MB |
Xidmət | Qiymət (AZN) |
---|---|
Ölkədaxili zəngin dəqiqəsi | 0.05 |
Ölkədaxili SMS | 0.03 |
İnternet (1MB) | 0.05 |
30 gün bitdikdən sonra balansında kifayət qədər məbləğ olduğu halda bonuslar avtomatik olaraq yenilənir. Balansında kifayət qədər məbləğ olmadıqda isə tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB İnternet trafik isə 29 qəpik təşkil edir.
Qeyd: Bu qiymətlər qısa nömrələrə edilən zənglərə şamil olunmur.
Nar-a təzə gəlib və “3-ü 1-də aylıq” tarifinə qoşulan yeni abunəçilərə tarif çərçivəsində 2 AZN dəyərində balans hədiyyə olunur. Bu məbləğ ölkədaxili bütün istiqamətlərə zənglər və SMS üçün istifadə oluna bilər.