• Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələri “Nar” tərəfindən mükafatlandırıldı
    29-08-2017

    “Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.  Bu əməkdaşlıq çərçivəsində “Nar” universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin ilk tədris semestri üzrə ən yaxşı nəticələri göstərən tələbələrini mükafatlandırdı.

    11 iyun 2018-ci il tarixdə “Nar”-ın baş ofisində təşkil edilən görüşdə  göstərdikləri yüksək nəticələrə uyğun olaraq, 1-ci, 2-ci və 3-cü yerləri tutmuş tələbələr – Ağalarov Vüsal, Rzayev Əlislam və İbrahimova Arzu mobil operatordan dəyərli hədiyyələr qazandılar. Təhsilə və maarifə xüsusi önəm verən “Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir. “Nar” KSM strategiyası çərçivəsində semestr üzrə ən yaxşı nəticələri göstərmiş 3 AzTU tələbəsi xüsusi hədiyyələrlə təltif edilir.

    Qeyd edək ki, Azərbaycan Texniki Universitetində “Nar” GSM laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı “Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar keçirilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan “Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox