• Nar abunəçilərinin nəzərinə

    Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçmişdir. Mobil operator abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri tədbirlər görür. Qeyd edək ki, gecə saatlarında elektrik enerjisinin kəsintisinə baxmayaraq, Nar şəbəkəsinin əksər hissəsi abunəçilərə xidmət göstərib. Hazırda paytaxtda xidmətlərin göstərilməsi baxımından vəziyyət qənaətbəxşdir, müəyyən bölgələrdə yaranmış çətinliklərin aradan qaldırılması işləri davam edir.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox