Ailəm paketi
01.01.2019 tarixindən etiarən “Ailəm” paketinə keçid dayandırılmışdır.
"Ailəm" paketi ilə 4 ailə üzvü və ya dost öz aralarında pulsuz, qalan bütün nömrələrlə isə dəqiqəsi 4 qəpiyə danışa bilər. 4 nömrədən ibarət "Ailəm" paketini ən yaxın Nar mağazasından indi, cəmi 6 AZN-ə əldə et və 3 ay ərzində pulsuz zənglərlə həm özünü, həm də yaxınlarını sevindir.
-
Qeydlər
- “Ailəm” paketinə mövcud öncədən ödənişli Nar abunəçiləri də qoşula bilər. Son 90 gün ərzində Nar nömrə alanlar kampaniyaya qoşulduğu gündən etibarən 0 qəpiklə danişa biləcəklər. 90 gündən öncə aktivləşdirilən nömrələr dəqiqəni 1 qəpiklə danışacaqlar.
- Bunun üçün nömrələrini 1 paket daxilində birləşdirmək istəyən 4 Nar abunəçisi aşağıdakı ünvanlarda yerləşən Nar Mərkəzlərindən birinə nömrələrinin qeydiyyata alındığı şəxsiyyət vəsiqəsilə müraciət etməlidir:
- Bakı ş. - M. Cəfərov küç. 3005 (Memar Əcəmi m/s.)
- Gəncə ş. - Atatürk pr. 261
- Lənkaran ş. - Həzi Aslanov küç. 27
- Naxçıvan ş. - Təbriz küç.1
- Əməliyyatın həyata keçirilməsi müəyyən bir müddət çəkə bilər. Şərtlər:
- Nömrənin xətti aktiv/ikitərəfli açıq olmalıdır;
- Nömrənin borcu olmamalıdır;
- Nömrə Unikal tarifində olmalıdır; tarifin dəyişilməsi ödənişli ola bilər.
- “Ailəm” paketinə qoşulmaq istəyən hər bir şəxs, paketin qeydiyyatında şəxsiyyət vəsiqəsi və ya nömrə sahibinin etibarnaməsi ilə iştirak etməlidir.
- Bir paketə ən azı 2, ən çoxu isə 4 nömrə qoşula bilər.
- Bir Nar nömrə yalnız bir “Ailəm” qrupunda ola bilər.