• Nömrəmdə Nar rominqini necə aktivləşdirim?
    Nar nömrələrində rominq xidmətini aktivləşdirməyə ehtiyac yoxdur. Xarici ölkəyə səyahət edərkən Nar nömrəni özünlə götürməyin kifayətdir, telefonun avtomatik olaraq rominq xidmətinə qoşulacaq.

    Əgər avtomatik qoşulma baş tutmursa, Azərbaycanı tərk etməmişdən öncə aşağıdakı üsullarla Nar rominqini aktivləşdirə və istədiyin zaman ləğv edə bilərsən.

    Aktivləşdirmə üsulları:
    • Roaming” yazıb 777-ə SMS göndər;
    • *777#100#YES şirfəsini yığ.
    Ləğv etmə üsulları:
    • Stoproaming” yazıb 777-ə SMS göndər;
    • *777#101#YES şirfəsini yığ.

    Xidmətin aktivləşdirilməsi qiyməti:

    • SMS vasitəsilə: Olduğun tarifin şərtlərinə uyğun olaraq 1 SMS qiyməti;
    • USSD vasitəsilə: Pulsuz.
    Xidmətin ləğv olunması ödənişsizdir.
  • Xaricdə olarkən Nar nömrəmin balansını necə artırım?
    Bunun üçün GoldenPay və ya AzeriCard onlayn ödəmə sistemindən yararlana bilərsən.
     
  • Nar rominqində hesablanma necə aparılır?

    Nar rominqində hesablama “1 Zona - 1 Qiymət” sistemi çərçivəsində aparılır. Hal-hazırda bu sistem üzrə 6 zona mövcuddur. Belə ki, səyahətdə olduğun ölkədə seçdiyin mobil operatordan asılı olmayaraq zəng, mesaj və İnternet xidmətləri həmin ölkənin olduğu zona əsasında sabit qiymətlə hesablanacaq.
    Zonalar və onların tarif qiymətləri ilə aşağıdakı cədvəldə tanış ola bilərsən:

    Tarif Zonası

    Çıxan zənglər,

    AZN/dəqiqə

    Daxil olan zənglər,

    AZN/dəqiqə

    Çıxan SMS,

    AZN

    İnternet trafik,

    AZN/MB
    Qonşu ölkələr 0.80 0.35 0.12 1.50
    MDB ölkələri 1.05 0.50 0.18 2.35
    Avropa ölkələri 1.15 0.50 0.35 2.50
    Orta Şərq 3.00 0.50 0.30 8.00
    Amerika 1.20 0.60 0.20 2.50
    Digər ölkələr 4.00 2.00 1.00 10
  • Səyahət etdiyim ölkədə Nar rominqinin olub-olmadığını necə öyrənim?
    Nar rominq xidmətlərinin mövcudluğunu bu keçidə daxil olaraq siyahıdan müvafiq ölkənin adını seçməklə öyrənə bilərsən.
  • Səyahət etdiyim ölkədə Nar rominqinin qiymətlərini necə öyrənim?
    Nar rominq xidmətlərinin tarifləri ilə tanış olmaq üçün bu keçidə daxil olaraq siyahıdan müvafiq ölkənin adını seçmək kifayətdir.
  • Səyahət etdiyim ölkədə hansı mobil operatora qoşulacağımı necə öyrənim?
    Bu keçidə daxil olaraq siyahıdan getdiyin ölkənin adını seçməklə həmin ölkədə rominq tərəfdaşlarımız olan xarici mobil operatorlarla tanış ola bilərsən.
  • Xarici ölkədə rominqlə bağlı hər hansı problem yaranarsa sizinlə necə əlaqə saxlayım?
    Bunun üçün +994702000777 nömrəsinə zəng edərək “Müştəri xidmətləri” ilə əlaqə saxlaya bilərsən.
     
  • Nar rominqi ilə xaricdə 4G-dən yararlana bilərəmmi?
    Bəli, artıq səyahət etdiyin ölkələrdə rominqdə olarkən 4G xidmətlərindən yararlana biləcəksən! Bunun üçün 4G-ni dəstəkləyən cihazının olması və ayarlarda 4G şəbəkəsini seçməyin kifayətdir.
    Bu keçidə daxil olub, getdiyin ölkənin adını siyahıdan seçməklə, rominq tərəfdaşlarımız olan və 4G xidmətləri təqdim edən xarici mobil operatorların siyahısıyla tanış ola bilərsən.
  • Sonradan ödənişli Nar abunəçiləri rominq xərcləri barədə məlumatı nə qədər müddətdə alır?
    Sonradan ödənişli rominq xidmətlərindən istifadəyə görə xərclərin hesablanması və ödənişi xarici operatorun verdiyi məlumat əsasında aparılır. Bu prosedur gecikmə ilə həyata keçirilir və 30 günə qədər çəkə bilər.
axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox