• “Nar” Uşaqların beynəlxalq müdafiəsi günündə balacaları təbrik etdi
    01-06-2018

    “Nar” 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, “Youtube” platformasındakı “Azərbaycan Xalq Nağılları” kanalında Azərbaycan dilində böyük bir  milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürüldü. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə edildi.

    Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə “Belə-belə işlər” layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi “Nar” operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video “Nar”-ın sosial media səhifələrində ictimaiyyətə təqdim edildi.

axtarış nəticələri:
Heç bir nəticə tapılmadı
Təşəkkürlər
    Daha çox